Norveçin builki Eurovision təmsilçisi Tooji internet vasitəsilə pərəstişkarlarının suallarını cavablandırıb. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, müğənni müsabiqədəki çıxışı ilə bağlı bəzi məqamlara da diqqət çəkib. Həm Şərq, həm də Qərb dəyərlərinin daşıyıcısı olduğunu bildirən Tooji səhnədə öz üslubuna sadiq qalacaq. Xatırladaq ki, Norveçdə böyüyən Tooji İranda doğulub.
"Müsabiqəyə qədər xoreoqrafiya barədə heç nə deməyəcəyəm. Bu,qoy sirr qalsın. Sürprizlər barədə danışmazlar. Yoxsa, o, sürpriz olmaz. Ümumilikdə isə mahnının səhnə quruluşu xarakterik hərəkətlərdən ibarət olacaq"-bunu deyən Tooji "Stay" adlı müsabiqə mahnısının özünə bağlı olduğunu söyləyib. "Mahnımı çox sevirəm. Çünki mənim kimi həm Şərq, həm də Qərb ritmlərini birləşdirir. Bu cəhətdən onu özümə bənzədirəm."
O, musiqi ilə yanaşı nərd oynamağı da çox sevdiyini deyib və tamaşaçılarına "Rəqs edin, işıq saçın!" deyə müraciət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB