Sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin II Respublika Yaradıcılıq Festivalına start verilib
Bu gün Gənc Tamaşaçılar Teatrında Sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin II Respublika Yaradıcılıq Festivalına start verilib. SİA-nın məlumatına görə, Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında bildirib ki, festivalın əsas məqsədi sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərə olan dövlət qayğısının artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılması və həvəsləndirilməsi, həmçinin onların asudə vaxtlarının səmərəli və mənalı təşkil edilməsidir.
İ.Babayev onu da qeyd edib ki, artıq ənənə halını alan festival ikinci dəfədir keçirilir: \"Düşünürük ki, bu kimi tədbirləri gələcəkdə də davam etdiriləcək. Festival müsabiqə yaradıcılığın aşağıdakı istiqamətləri üzrə keçirilir: Rəsm və dekorativ tətbiqi sənət; musiqi; rəqs; tamaşa\".
Teatrın foyesində isə Sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin hazırladığı rəsm əsərləri nümayiş olunub.
Qeyd edək ki, festival Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB