“Eurovision in Consert”in iştirakçıları artır

“Eurovision in Consert”in iştirakçıları artır

Aprelin 21-də Amsterdamda keçiriləcək "Eurovision in Consert" layihəsində çıxış etmək istəyənlərin sayı artır. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, bütün Eurovision fanatlarının müsabiqə öncəsi toplandığı bu qala konsertdə daha 4 ölkənin təmsilçisi çıxışını təqdiqləyib. Bunlar Eurovision 2012-nin təmsilçiləri - Sloveniyadan Eva Boto, Macarıstandan "Compact Disco"qrupu, Ukraynadan Qaytana (Gaitana) və Gürcüstandan Anri Jokadzedir (Anry Jokhadze).


Qeyd edək ki, bundan əvvəl Şimali Kipr, İsveçrə, Türkiyə və San Marinonun builki Eurovision təmsilçiləri layihədə iştirak edəcəklərini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə