Eurovision fanları Novruz tonqalı ətrafında - FOTOSESSİYA

Eurovision fanları Novruz tonqalı ətrafında - FOTOSESSİYA

Eurovision.tv saytında Azərbaycana səyahət silsiləsindən növbəti reportaj Novruz bayramına həsr olunub. SİA-nın adıçəkilən sayta istinadən verdiyi məlumata görə, Azərbaycanın tarixi, mədəniyyəti, turizm imkanlarının təqdim olunduğu bu silsilənin ikinci videosunda Novruz adətlərindən, bu bayramın dostluq, əmin-amanlıq bayramı olmasından danışılır.


Təbiətin qışdan sonra oyandığı bir vaxtda qeyd edilən, yeni günün başlanğıcı olan, Azərbaycanda elliklə yaşanan Novruz şənliklərindən reportaj qədim İçərişəhərdə lentə alınıb.


Novruzun ikinci həftəsi - "Od çərşənbəsi" "Light your fire" şüarı ətrafında birləşən Eurovision fanları ilə birlikdə bayram edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə