Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva Ukraynaya gedir. SİA-nın builki müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Səbinə Babayeva sabah yarışmaya hazırlıq məqsədi ilə bu ölkəyə yola düşəcək. Təmsilçimiz Kiyevdə "Eurovision – 2012" şousuna hazırlaşacaq. Təmsilçimiz mütəxəssislərlə birlikdə səhnə performansı və rəqsinin qurulması üzərində çalışacaq.
Qeyd edək ki, Azərbaycanın sözügedən müsabiqədəki təmsilçiləri hər il Ukraynada xüsusi hazırlıq keçirlər. Bu il də Səbinə Babayevanın Bakı səhnəsindəki şousu məhz bu ölkə mütəxəssisləri tərəfindən həyata keçiriləcək.
Azərbaycan təmsilçisi 57-ci "Eurovision" müsabiqəsində birbaşa mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB