Sumqayıtda Milli Teatr gününə həsr olunmuş möhtəşəm tədbir keçirəcək
"Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi" ictimai birliyinin təşəbbüsü ilə martın 9-da Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin, eləcə də N. Nərimanov adına Mədəniyyət Evinin təşkilatçılığı ilə 10 mart- Milli Teatr gününə həsr olunmuş tədbir keçirəcək. Bu barədə SİA-ya http://shebeke.org-a ictimai birliyin həmtəsisçisi Kamal Almuradlı məlumat verib.
Onun sözlərinə görə, tədbirdə Azərbaycanın aparıcı teatrlarından, həmçinin Sumqayıt Dövlət Dram Teatrından nümayəndələr iştirak edəcək. Tədbirdə Azərbaycanda peşəkar teatrın yaranmasının 139 illik, Sumqayıt Dövlət Dram Teatrının isə 44 illik tarixinə nəzər salınacaq, tamaşalardan fraqmentlər nümayiş olunacaq, görkəmli teatr xadimlərinin ömür yolundan bəhs edən video material təqdim ediləcək. Eyni zamanda, Azərbaycan teatr səhnəsinin gözəl teatr tamaşaları ilə teatr tariximizi zənginləşdirdiyindən söhbət açılacaq. Bayram tədbirində tanınmış müğənnilərin ifasında teatr, aktyorluq sənəti ilə bağlı olan mahnılar səslənəcək.
Xatırladaq ki, bu "Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi" ictimai birliyinin mədəni sahədə həyata keçirdiyi ilk belə tədbir deyil.
Belə ki, ictimai birlik ötən ilin iyul ayında Milli Kino günü ilə bağlı tədbir də keçirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB