Söz və musiqisi Can Bonomonun özünə məxsus olan mahnı bir dənizçinin sevgisindən bəhs olunur. Mahnı Türk ritmləri üzərində hazırlanıb və Can Bonomonun üslubundadır. Təmsilçi bildirib ki, mahnının hazırlanmasında çoxsaylı musiqi alətlərindən istifadə olunub: "Çox həyəcanlıyam, mahnının hər kəs tərəfindən bəyəniləcəyinə inanıram. Bu mahnı bir balıqçının sevgisindən bəhs edir və bir məhəbbət mahnısıdır. Mahnının ruhuna uyğun bir rəqs planlaşdırırıq. Mahnı özü də ritmikdir və geyimimdə buna mahnının ruhuna uyğun olacaq deyə düşünürəm".
Mahnının təqdimatında Azərbaycanın Eurovision müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova da iştirak edib. Hüsniyə Məhərrəmova mahnının təqdimatından əvvəl səhnəyə dəvət edilib və qardaş ölkəni Azərbaycana dəvət edib: "Türkiyə təmsilçisi Can Bonomonun mahnısının bu ilin nömrə bir hiti olacağına inanıram. Dünəndən Türkiyənin Eurovision-2012 yarışmasına necə hazırlaşdığını müşahidə edirəm və bu hazırlığı çox təqdir etdim". H.Məhərrəmova Türkiyədən canlı efirdən 42 ölkəni Odlar Yurdu - Azərbaycana dəvət edib.
30 dəqiqəlik davam edən təqdimat mərasimində Can Bonomo repertuarında tanınan digər mahnılardan da ifa edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB