Eurovision səhnəsində 3 dəqiqə...

İnsan həyatında 3 dəqiqə. Bəzən bu dəqiqələr insan həyatında çox şeyləri dəyişə bilər. Məsələn, Eurovision səhnəsindəki 3 dəqiqə kimi.


SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Avropa Yayımları Birliyinin 1957-ci ildən tətbiq olunan qaydalarına əsasən, Eurovision səhnəsində hər bir mahnının xronometrajı 3 dəqiqə müəyyən edilib. Bu, tamaşaçılar üçün adi bir zaman kəsiyidir. Lakin həmin səhnədən ölkələrinə qalib kimi qayıdanlar bu anı ömür boyu xatırlayırlar. Çünki həmin 3 dəqiqənin hökmü ilə onların həyatı demək olar ki, tamamilə dəyişir.


Eurovision səhnəsinin qalibləri Ruslana, Aleksandr Rıbak, Lena Mayer, Eldar və Nigar Eurovision səhnəsindəki 3 dəqiqənin həyatlarındakı dəyişikliklər barədə eurovision.az saytına danışıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə