Əbülfəs Qarayev: \"Sənətçilər dövlət əhəmiyyətli tədbirlər çərçivəsində çıxış edirlərsə, bunu qəbahət saymıram\"- MÜNASİBƏT
"Azərbaycanın incəsənət adamları hər zaman müxtəlif ölkələrdə keçirilən tədbirlərdə iştirak edirlər. Onları xarici ölkələrə dəvət edirlərsə, onları xaricdə gözləyirlərsə, bu, çox sevindirici haldır. Amma Azərbaycanın matəm günlərində dəvət olunduqları tədbir toydursa, şənlikdirsə, o zaman aktyor və sənətçilərimiz ora getmirlər və getməyəcəklər. Lakin sənətçilərimiz dövlət əhəmiyyətli tədbirlər çərçivəsində çıxış edirlərsə, bunu qəbahət saymıram".
SİA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 27-də Xocalı soyqırımının 20-ci ildönümündən bir gün sonra Sankt-Peterburqda Azərbaycan estrada ulduzlarının xeyriyyə konserti adlı tədbirdə çıxış etmələrinə münasibət bildirərkən deyib.
Qeyd edək ki, konsert proqramında ölkəmizdən Rəhim Rəhimli, Sevda Yəhyayeva, Namiq Qaraçuxurlu, Eyyub Yaqubov, İbrahim Borçalı, "Bu şəhərdə"nin aktyorları Rəfael və Coşqun iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB