Azərbaycanın \"Eurovision 2012\" təmsilçisi Gürcüstan televiziyasının qonağı olub
Azərbaycanın \"Eurovision- 2012\" mahnı müsabiqəsinin təmsilçisi Səbinə Babayeva bu gün Gürcüstanın birinci kanalının səhər verilişində qonaq olub. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqəyə hazırlıqlar və karyerası haqqında sualları cavablandıran Səbinə Babayeva proqramda repertuarından mahnılar da ifa edib.
Qeyd edək ki, təmsilçimiz Səbinə Babayeva və Azərbaycanın müsabiqə üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova fevralın 19-da Gürcüstanın Eurovision 2012 üçün Milli Seçimlərinin finalında iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB