\"Eurovision\" Rəqs Müsabiqəsi artıq keçirilməyəcək

\"Eurovision\" Rəqs Müsabiqəsi artıq keçirilməyəcək

Avropa Yayımları Birliyi (EBU) Eurovision Rəqs Müsabiqəsinin keçirilməməsinə qərar verib. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bunu Eurovision Mahnı Müsabiqəsinin təşkilatı məsələlər üzrə rəhbəri (Event supervisor) Sietse Bekker (Sietse Bakker) deyib.


Eurovision Rəqs Müsabiqəsi ilk dəfə 2007-ci ildə keçirilib. İkinci dəfə isə bu müsabiqə 2008-ci ildə təşkil olunub. Sietse Bekker müsabiqənin dayandırılmasının səbəbini maliyyə məsələləri ilə izah edib. "Təşkilatçılar üç layihə-Eurovision Mahnı Müsabiqəsi, Eurovision Uşaq və Eurovision Rəqs arasında seçim etməli oldular. Bu zaman Eurovision Mahnı Müsabiqəsi və Eurovision Uşaq layihəsinə üstünlük verildi".


Gələcəkdə Eurovision Rəqs Müsabiqəsinə bənzər yarışmanın keçirilməsini isə Sietse Bekker inkar etməyib. "Gələcəkdə ola bilsin ki, bu tipli müsabiqəyə maraq yaransın və Eurovision Rəqs başqa formatda keçirilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə