Alyona Lanskaya: \"Eurovision həyatımda dəyişiklər edəcək\"

Alyona Lanskaya: \"Eurovision həyatımda dəyişiklər edəcək\"

"Eurovision Mahnı Müsabiqəsində təmsil olunmaq çox böyük işdir. Bu işi mükəmməl həyata keçirmək üçün xeyli səy göstərmək lazımdır. Burada görülən hər bir iş yüksək səviyyədə həyata keçirilməlidir. Mən bu müsabiqədə uğur qazanmaq üçün bütün çətinliklərə hazıram və bu gündən etibarən gücümü bərpa edirəm".


SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, bu sözləri Belarusun müsabiqə təmsil edəcək Alyona Lanskaya deyib.


"Bakı Kristal Zalı"da hansı şou və mahnı ilə çıxış edəcəyini dəqiqləşdirməyən Alyona bu işin məsuliyyətlə yanaşı, şərəflə, səhvsiz, yüksək səviyyədə həyata keçirilməsinin vacibliyini vurğulayıb: "Biz bundan sonra mahnı axtarışına başlayırıq və ən yaxşı mahnı seçiləcək. Fikrimcə, mahnının ritmik olması vacibdir. Bu müsabiqənin həyatımda dəyişiklər edəcəyini düşünürəm".


Son bir ay ərzində Yunanıstan, İsveç və Böyük Britaniyada səfərdə olan Belarus təmsilçisi yeni musiqi albomu üzərində işlədiyini və bu ölkələrə də məhz mahnıların yazılışı üçün getdiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə