Fikrət Əmirovun 90 illiyi münasibəti ilə bağlı müsabiqə elan edilib

Fikrət Əmirovun 90 illiyi münasibəti ilə bağlı müsabiqə elan edilib

Azərbaycan Bəstəkarlar İttifaqı ölməz bəstəkar, xalq artisti, simfonik muğam janrının yaradıcısı Fikrət Əmirovun anadan olmasının 90 illiyi ilə əlaqədar gənc bəstəkarlar arasında Simfonik əsərlərin (simfonik muğam janrına üstünlük veriləcək) yazılması üçün müsabiqə elan edib. İttifaqın mətbuat katibi İltifat Hacıxanoğlunun SİA-ya verdiyi məlumata görə, müsabiqəyə təqdim ediləcək əsərlər 10-12 dəqiqəlik vaxt həcmində olmalıdır.

Müsabiqədə 35 yaşına qədər bəstəkarlar iştirak edə bilər və onlar əsərlərinin partiturasını deviz yazılmış bağlı iri zərfdə təqdim etməlidirlər. Təqdim olunmuş işin səhifələrində müəllifin adı və soyadı yazılmamalıdır. Müəllif haqqında məlumatlar (ad, soyad, təhsil, ünvan, telefon) yalnız həmin deviz yazılan kiçik zərfdə əlavə edilməlidir.

Təqdim olunan işlər 2012-ci il oktyabrın 15-nə qədər Azərbaycan Bəstəkarlar İttifaqında qəbul olunacaq.

Müsabiqədə qalib gələn ən yaxşı simfonik partitura qalibinə 2000 manat məbləğində pul mükafatı təqdim ediləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə