\"Fetih 1453\"ə bir neçə dəqiqə qalıb

\"Fetih 1453\"ə bir neçə dəqiqə qalıb
Bir çoxlarının gözlədiyi məşhur \"Fetih 1453\" filmi Türkiyə vaxtı ilə saat 14.53-də (İstanbulun alınma tarixi—1453) kinoteatrlarda nümayiş olunacaq. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, film 450 nüsxə ilə 900 kinoteatrda - Almaniya, Hollandiya, Belçika, Avstriya, Fransa, İngiltərə, İsveçrə, KKTC, Orta Şərq ölkələri, İndonezya, Malaziya, Rusiya, Albaniya, Serbiya, Bosniya, Makedoniya, Kosova, Rumıniya, Yunanıstan, Cənubi Koreya, Tailand, Yaponiya ve ABŞ-da tamaşaçıların ixtiyarına veriləcək.


Rejissorluğunu Faruk Aksoyun etdiyi filmi təkcə İstanbulun alınma tarixini deyil, İstanbulu fəth edən Osmanlı padşahı Fatih Sultan Mehmetin uşaqlığından fatehliyinədək bir dövrü əhatə edir.


Baş rolu-Fatih Sultan Mehmeti aktyor Devrim Evin ifa edir. İstanbula zəfər bayrağını asan Ulubatlı Hasanı bizlərə "İffet" dizisində Cemil rolundan tanış olan İbrahim Çelikkol canlandırır. Onun sevgilisi Era rolunda Dilek Serbest çəkilib.


Filmin çəkilişlərində 15 min köməkçi aktyor oynayıb. Dekor hazırlıqları aylar ərzində başa gəlib. Təkcə son fəth səhnəsinin hazırlıqları 10 ay çəkib. Demək olar ki, bütün tarixi yerlərin, sarayların, hovuzların oxşarı qurulub. Hətta Vatikan Sarayının kitabxanası da quraşdırılıb.


Son mərhələ fəth mərhələsi 11 həftə sürüb. Filmdə istifadə olunan kostyumlara 44 min metr parça işlənilib. Film 3 illik hazırlıqla 17 milyon dollara çəkilib ki, bu da Türkiyə kino tarixində rekord göstəricidir.


Məlumat üçün bildirək ki, filmin biletləri əvvəlcədən satışa çıxarılıb.


Qeyd edək ki, Berlin Beynəlxalq Film Festivalında "Fetih-1453"ün yalnız 10 dəqiqəsinə baxan Universal Studiyası filmin Avropada yayımını öz üzərinə götürən Kinoster vasitəsiylə Aksoy filmə təklif göndərib, filmin Avropada yayılma haqlarını istəyib. Türk mediası bu təklifin qəbul olunacağı təqdirdə, türk kino tarixində bir ilkə imza atılacağını yazıb.


Bütün xəbərlər Facebook səhifəmizdə