Eurovision təmsilçimiz: \"Müsabiqədə ölkəmizi təmsil etmək mənim üçün böyük məsuliyyətdir”

Eurovision təmsilçimiz: \"Müsabiqədə ölkəmizi təmsil etmək mənim üçün böyük məsuliyyətdir”

"Mənim üçün Azərbaycanı ölkəmizdə keçiriləcək şouda təmsil etmək böyük məsuliyyətdir". SİA-nın məlumatına görə, bunu Eurovision 2012-dəki təmsilçimiz Səbinə Babayeva eurovision.az saytına müsahibəsində deyib.


Qeyd edək ki, Səbinə Babayeva müsabiqəsinin Milli Seçim turunda 2008-ci ildən ardıcıl iştirak edib. Bu müddətdə heç vaxt ruhdan düşmədiyini deyən Səbinə Babayeva Azərbaycanı Eurovision Mahnı Müsabiqəsində təmsil etməyin ən böyük arzusu olduğunu bildirib.


Eurovision 2012-dəki təmsilçimizin eurovision.az saytı üçün ilk fotosessiyası keçirilib. Fotosessiyanı tezliklə adıçəkilən saytda izləyə bilərsiniz.


Fotosessiya zamanı çəkilmiş video kadrları və müsahibəni sizə təqdim edirik.


Bütün xəbərlər Facebook səhifəmizdə