Macarıstan, Norveç və İslandiya \"Eurovision- 2012\" təmsilçilərini seçib- FOTO

Macarıstan, Norveç və İslandiya \"Eurovision- 2012\" təmsilçilərini seçib- FOTO

Macarıstan may ayında"Bakı Kristal Zalı"nda keçiriləcək Eurovision Mahnı Müsabiqəsi üçün təmsilçisini seçib. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, adıçəkilən ölkəni müsabiqədə "Compact Disco" qrupu "Sound Of Our Hearts" mahnısı ilə təmsil edəcək. O, münsiflər heyətinin rəyi əsasında səkkiz ifaçı arasında birinci olub.


Qeyd edək ki, "Compact Disco" qrupu 2008-ci ildə yaradılıb. Qrupun tərkibinə Behnam Lotfi, Gábor Pál, Attila Sándor, Csaba Walkó adlı musiqiçilər daxildir. Elektro və pop üslubunda mahnılar ifa edən qrupun artıq iki albomu işıq üzü görüb.


Macarıstanla yanaşı, Norveç də builki Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisini seçib. Norveçin müsabiqə iştirakçısı Toojidir. O, Milli Final gecəsində "Stay" mahnısı ilə çıxış edib və 4 finalçı arasında qalib olub.


Digər iştirakçısını seçən ölkə isə İslandiya olub. Bakıdakı 57-ci Eurovision Mahnı Müsabiqəsində Gréta Salóme & Jónsi təmsil edəcək. Duet fevralın 11-də keçirilən final mərhələsində 7 ifaçı arasından seçilib. Onu da bildirək ki, İslandiyanın müsabiqəsindəki təmsilçisi may ayındakı şouda "Mundu Eftir Mér" mahnısı ilə çıxış edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə