“Bakı, mən səni sevirəm” kinolayihəsinin çəkilişləri martda başlayacaq

“Bakı, mən səni sevirəm” kinolayihəsinin çəkilişləri martda başlayacaq

Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva "Bakı, mən səni sevirəm" kinolayihəsinin prodüsseri Yeqor Konçalovskini qəbul edib. Layihənin mətbuat katibi Şahnaz Abdullayevanın SİA-ya verdiyi məlumata görə, görüşdə layihənin ssenariləri müzakirə edilib və təsdiq olunub. Çəkiliş qrupu fevralın 1-dən Bakıdadır. Hazırlıq prosesləri gedir. Mart ayında isə çəkilişlər başlanacaq.

Məlumat üçün bildirək ki, "Bakı, mən səni sevirəm" layihəsi 10 filmdən ibarətdir. Hər filmin xronometrajı 9 dəqiqədir.

Rejissorlar Yeqor Konçalovski (Rusiya), Nadir Maçanov, Aleksey Qolubev (Rusiya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (İngiltərə), Andre Badalodur. (İtaliya)

Qeyd edək ki, kino layihənin rəhbəri Heydər Əliyev Fondunu vitse-prezidenti Leyla Əliyeva, prodüsserləri Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə