Elton İbrahimov: “Finalda qalib gəlib “Eurovision- 2012”də Azərbaycanı layiqincə təmsil edəcəyəm”- MÜSAHİBƏ (SƏS TV)
\"Eurovision- 2012\" də mübarizə aparacaq 5 finalçıdan biri Elton İbrahimovun SƏS TV-yə müsahibəsi:
- Özünüz haqqında qısa informasiya verərdiniz...
- 1994-cü ildə Rusiya şəhəri Barnaulda
anadan olmuşam. Orada da 73 saylı kolleci bitirmişəm. 6 yaşından
etibarən \"Antares\" klubunda idman bal rəqsləri ilə məşğul olmuşam.
Rusiyada keçirilən çoxsaylı müsabiqələrə qatılıb, əksər hallarda ilk mükafata
nail olmuşam. 8 yaşından etibarən \"Synthesis\" pop sənəti studiyasında
ifaçılıqla məşğul oluram. 3 saylı musiqi məktəbini bitirib, gitar və pianoda
ifa edirəm. 2006-cı ildə
\"Action\" adlı qrup ərsəyə gətirərək bu qrupun beynəlxalq
müsabiqələrdə iki dəfə əsas mükafatın sahibi olmaqla yanaşı yerli səs
müsabiqəsi olan olan Qızıl Not yarışmasının qalibi olmuşuq. 2011-ci ildə Elton
\"Öz ulduzunu alışdır\" adlı beynəlxalq müsabiqəsində ikinci yerdə
qərarlaşmışam. Eyni ildə Barnaulda keçirilən və yerli miqyaslı yarışma olan
\"Cənab Şlayager 2011\" adlı yarışmanın qalibi olmuşam.
- Milli seçimlərə qatılmaq fikriniz necə yarandı?
- Onu qeyd edim ki, seçimlərdə iştirak etmək fikrim yox idi. Rusiyada olanda qardaşım seçimlərlə bağlı sorğu verdi. Həmin sorğunu doldurduqdan sonra seçimlərdən keçə bildim.
- 72 təmsilçinin içərisindən 5-liyə daxil olmaq asan iş deyil...
- Finala keçmək üçün əlimdən gələni etdim. Vokal və rəqs imkanlarımı tamamilə nümayiş etdirdim. 2 ay ərzində bütün imkanlarımı səfərbər etdim. İnanıram ki, finalda 100 % özümü tam şəkildə göstərə biləcəm.
- Digər ifaçılardan sizi fərqləndirən əsas cəhət nə idi?
- Seçimlərdə yaşı az olan iştirakçı olduğuma görə çıxışım zamanı izləyicilərə enerji verə bilirəm. Fikrimi tamaşaçılara layiqli şəkildə çatdırmaq üçün əlimdən gələni əsirgəmirəm.
- 5 finalçılar içərisində kimi özünüzə rəqib görürsünüz?
- Bütün iştirakçılar güclüdürlər. Məhz buna görə də hamısı mənim üçün rəqibdirlər. Hamısı öz səslərinə görə bir- birindən fərqlənirlər. Finalda əlimdən gələni edəcəyəm ki, qələbə qazana bilim.
- Fevralın 12-si final gününə necə hazırlaşırsınız?
- Orada həm şou, həm rəqs, həm də vokal imkanlarımı lazımi səviyyədə nümayiş etdirəcəyəm. Qələbə qazanacağıma inanıram. Bütün iştirakçılara da uğurlar arzulayıram.
- Bu qədər hazırlıqların içərisində dərslərinizə heç bir maneçilik göstərmir?
- Bütün diqqətimi final hazırlıqlarına yönəltmişəm. Ancaq bununla yanaşı, dərslərimi də axsatmıram.
- Bir neçə əcnəbi dil bilirsiniz. Bu da müsbət göstəricidir...
- Təbii ki, bir çox dil bilmək öz müsbət təsirini göstərir. Dilləri tam şəkildə hələ ki öyrənirəm. Tam yaxşı şəkildə bilmirəm. Çalışıram ki, peşəkar səviyydə əcnəbi dilləri bilim.
- Seçimlərdən sonra pərəstişkarlarınız daha da artar...
- Facebook sosial şəbəkəsində fan səhifəm yaradılıb. Onlara öz təşəkkürümü bildirirəm. Mənə dəstək olan insanlara deyirəm ki, inşallah finalda qalib gəlib "Eurovision- 2012"də Azərbaycanı layiqincə təmsil edəcəyəm.
- Finalda qalib gəlsəniz, müsabiqədə Azərbaycana birincilik gətirəcəyinizə inanırsınız?
- Əlbəttə ki, inanıram.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB