Almaniya \"Eurovision\" təmsilçisini fevralın 16-da seçəcək

Almaniya \"Eurovision\" təmsilçisini fevralın 16-da seçəcək

Almaniyanın \"Eurovision-2012\" təmsilçisi adı uğrunda hazırda 6 nəfər mübarizə aparır. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, \"Unser Star für Baku\" şousunun 4-cü mərhələsində 8 iştirakçıdan 2-si yarışı tərk edib.


Milli Seçimlərin növbəti 5-ci şousu Katja Petri, Céline Huber, Shelly Phillips, Ornella de Santis, Yana Gercke və Roman Lobun iştirakı ilə olacaq. Növbəti mərhələ fevralın 6-a təyin edilib. Bundan sonra isə yarımfinal və final mərhələləri keçiriləcək.


\"Eurovision-2012\" Milli Seçimlərinin yarımfinalı fevralın 13-ə, finalı isə fevralın 16-a təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə