"Eurovision" milli seçim turunun 5 finalçısı bu gün müəyyənləşəcək
Azərbaycanın "Eurovision-2012" təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçim turunun yarımfinal mərhələsi bu gün başa çatır. SİA-nın məlumatına görə, 8 iştirakçı saat 21.00-da İctimai Televiziyanın canlı efirində son performanslarını nümayiş etdirəcək.
Qeyd edək ki, final uğrunda Orxan Kərimli, Məryəm Kərimova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı, Səbinə Babayeva və Arzu İsmayılova mübarizə aparır. Bu 8 yarımfinalçıdan yalnız 5 nəfərin finala keçmək şansı var. Seçimlər izləyicilərin SMS səsverməsi və münsiflər heyətinin rəyi əsasında aparılır
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB