İslandiyada \"Eurovision\" milli finalın biletləri bir neçə dəqiqə ərzində satılıb

İslandiyada \"Eurovision\" milli finalın biletləri bir neçə dəqiqə ərzində satılıb

Portuqaliyada \"Eurovision- 2012\" Milli finalı martın 10-a təyin olunub. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, həmin gün 12 finalçı arasından ölkəni Bakıdakı 57-ci Eurovision şousunda təmsil edəcək ifaçı seçiləcək.


İslandiyanın Milli finalı isə ölkənin ən böyük "Harpa" konsert salonunda keçiriləcək. Fevralın 11-də təşkil olunacaq finalda 7 nəfər ölkə təmsilçisi adı uğrunda yarışacaq. Qeyd edək ki, İslandiyada Milli finalın biletləri ötən həftə satışa çıxarılıb və bir neçə dəqiqə ərzində satılıb.



Bütün xəbərlər Facebook səhifəmizdə