Eldar və Nigar Maltanın Eurovision 2012 Milli Seçimlərində iştirak edəcək
Keçən il keçirilən \"Eurovision- 2011\" mahnı müsabiqəsində Azərbaycana birincilik qazandıran Eldar Qasımov və Nigar Camal fevralın 2-dən 6-dək Maltaya səfər edəcək.
SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, qaliblər Maltanın Eurovision 2012 üçün Milli Seçimlərində münsiflər heyətinin tərkibində təmsil olunurlar. Eldar və Nigar seçimlərdə münsif qismində iştirak etmək üçün Maltanın müsabiqə üzrə milli yayımçısı tərəfindən təklif alıb. Eurovision Mahnı Müsabiqəsinin şərhçisi və tanınmış aparıcı Hüsniyə Məhərrəmova isə bu seçimlərdə qonaq qismində iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB