\"Eurovision\" Mahnı Müsabiqəsinin Açar Təqdimetmə mərasimində Alim Qasımovun ifasında "Sarı gəlin" mahnısını dinləyən Ruslana səhnə arxasında sənətkarla görüşüb. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, müğənni Alim Qasımovun ifasına vurğun olduğunu bildirib.
"Mənim üçün konsertin kulminasiyası siz idiniz. Mən öz dostuma deyirdim ki, ondan sonra səhnəyə çıxmaq çətindir. İstedadınıza heyranam. İfanız heyrətamiz idi. Bizi çox təsirləndirdiniz". \"Eurovision 2004\"-ün qalibi Ruslana Azərbaycanın xalq artisti Alim Qasımovun sənətinə vurğunluğunu belə ifadə edib.
Alim Qasımov isə Ruslananın çıxışlarını televiziya vasitəsilə izlədiyini deyib. Ustad xanəndə Ukraynalı müğənnini enerjili və xüsusi texnikaya malik ifaçı kimi bəyəndiyini də qeyd edib. Hətta Ruslana ilə duet oxuya biləcəyini də söyləyib. "Azərbaycan musiqisi çox zəngindir. Onu istənilən ölkənin musiqisi ilə sintez edib, maraqlı eksperimentlər üzə çıxarmaq olar",- deyə Alim Qasımov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB