Fevralın 11-də Heydər Əliyev adına Sarayda "Aşıq sənətinin davamçıları" adlı böyük aşıq konserti keçiriləcək. SİA-nın məlumatına görə, konsertdə əməkdar mədəniyyət işçiləri Nemət Qasımlı, Əhliman Şirvanlı, "Nemət" Aşıqlar Qrupu, aşıqlar - Altay Məmmədli, İlham Aslanbəyli, Təbriz Vəliyev, Vüqar Mahmudoğlu, Mehdi Məsimov, Ədalət Dəlidağlı, Qələndər Zeynalov, Əli Tapdıqoğlu, Heydər Məqsədoğlu, Dilbər Əliyeva və Respublika aşıq müsabiqəsinin qalibləri - İbrahim Cəfərov, Nicat Qurbanov və Elvin Mehmanlı iştirak edəcəklər.
Məlumat üçün bildirək ki, konsert saat 18.00-da başlayacaq. Biletlərin qiyməti isə 5 – 15 manat arasındadır.
Qeyd edək ki, konsertin informasiya dəstətəyi SƏS İnformasiya Agentliyinə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB