Alim Qasımov: \"Xaricilər ölkəmizin necə yüksək mədəniyyətə malik olduğunun bir daha şahidi olacaqlar\"

Alim Qasımov: \"Xaricilər ölkəmizin necə yüksək mədəniyyətə malik olduğunun bir daha şahidi olacaqlar\"

\"Eurovision- 2012\" mahnı müsabiqəsinə ev sahibliyi edəcək Azərbaycanın mədəniyyət xadimləri müsabiqə barəsində öz fikirlərini SİA-ya bildiriblər.

Xalq artisti Alim Qasımov: \"Bu müsabiqənin Azərbaycanda keçirilməsini olduqca yüksək qiymətləndirirəm. Bu müsabiqə vasitəsi ilə xaricilər ölkəmizin necə yüksək mədəniyyətə malik olduğunun bir daha şahidi olacaqlar. Hər sahədə inkişaf etməyimiz göz önündədir. İnanıram ki, hər şey çox yüksək səviyyədə təşkil olunacaq. Müsabiqənin Azərbaycanda keçirilməsi ölkəımizi Avropada tanıtdırmaqda böyük vasitədir. Bu müsabiqədə milli musiqidən söhbət gedə bilməz. Orada əsas pop musiqisinə üstünlük verilir. Hər zamanın öz tələbi var. Təbii ki, burada siyasi məsələlər də var\".

Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi: \"Müsabiqənin ölkəmizdə keçirilməsi önəmli hadisədir. Bu ilki müsabiqə digər ölkələrdə keçirilən yarışmadan çox fərqlənəcək. Həm musiqinin keyfiyyəti, həm də yaxşı ifa tərzləri ilə fərqlənəcəklər\".

Əməkdar artist Fidan Hacıyeva: \"Eurovision- 2012\"-nin Azərbaycanda keçirilməsi bizim üçün böyük sevincdir. İnanıram ki, bu il də ölkəmiz üçün uğurlu olacaq\".

Bütün xəbərlər Facebook səhifəmizdə