Azərbaycanda gənc pianoçuların respublika müsabiqəsi keçiriləcək
Azərbaycanda gənc pianoçuların respublika müsabiqə keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müsabiqənin təşkilində məqsəd respublikada fortepiano ifaçılığı sənətinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir.
Müsabiqə 2012-ci ilin iyun ayında baş tutacaq. 2 turdan ibarət müsabiqə 9-17 yaşlı uşaq və gənclər arasında 3 yaş qrupu üzrə (I qrup: 9 -11 yaş, II qrup: 12-14 yaş, III qrup: 15-17 yaş) keçirilir. Müsabiqənin I turunun Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Şəki şəhərlərində və Salyan rayonunda, II turunun isə Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB