İtaliya, Belarus, Gürcüstanın opera ulduzları Bakıda “Traviata” operasında çıxış edəcəklər

İtaliya, Belarus, Gürcüstanın opera ulduzları Bakıda “Traviata” operasında çıxış edəcəklər
Yanvarın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Traviata" operasının tamaşası keçiriləcək. Tamaşanı Belarus Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Vyaçeslav Voliç idarə edəcək.


Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tamaşada əsas partiyalardan biri – Alfred partiyasını tanınmış italyan tenoru Rikardo Mirabelli ifa edəcək. Jermon rolunda Vokalçıların Bülbül adına I Beynəlxalq müsabiqəsinin Birinci mükafatının sahibi Besik Qabitaşvili, Violetta partiyasında gənc və istedadlı vokalçısı İlahə Əfəndiyeva çıxış edəcək.


Tamaşada, həmçinin Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri Əli Əsgərov (Markiz d`Obinyi) və Əkrəm Poladov (Doktor Qrevil) iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə