Almaniyanın \"Eurovision- 2012\" təmsilçisinin seçilməsi üçün ilk şou baş tutub

Almaniyanın \"Eurovision- 2012\" təmsilçisinin seçilməsi üçün ilk şou baş tutub
Almaniyanın \"Eurovision- 2012\" mahnı müsabiqəsinin təmsilçisinin seçilməsi üçün milli seçim turunun (Unser Star für Baku) ilk şousu baş tutub. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu şounun nəticələrinə əsasən, 10 namizəddən 5-i növbəti mərhələdə öz bacarıqlarını nümayiş etdirəcəklər.


NDR və ProSieben kanallar vasitəsilə yayımlanan şouda Katja Petri, Leonie Burgmer, Shelly Phillips, Céline Huber, Roman Lob qalib oldular. Şounun ekspert qismində Alina Süggeler, Thomas D, və Stefan Raab çıxış ediblər.


Qeyd edək ki, Stefan Raab bir neçə ildir Almaniya təmsilçisi üçün mahnılar bəstələyir. 2010-cu idəki mahnı isə Almaniyaya qalibiyyət gətirmişdi. "Unser Star für Baku"nun növbəti şousu bir həftə sonra baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə