\"Eurovision- 2012\"nin promo-video çarxlarının çəkilişləri üçün ikinci kastinqlər fevralda keçiriləcək

\"Eurovision- 2012\"nin promo-video çarxlarının çəkilişləri üçün ikinci kastinqlər fevralda keçiriləcək
Eurovision Mahnı Müsabiqəsi 2012-nin İşçi Qrupu may ayında Bakıda keçiriləcək yarışma ilə bağlı promo-video çarxlarının çəkilişləri üçün ikinci kastinqlər keçirəcək. İşçi qrupundan SİA-ya verilən məlumata görə, seçimlər fevralın 4-də saat 12:00-dan 20:00-dək Bakı Biznes Mərkəzində aparılacaq.

İşçi qrupundan o da bildirilib ki, yanvarın 6-da keçirilən ilk kastinqlərdə 388 nəfər iştirak edib. Hazırda bu şəxslərin fotolarına baxılır. Yanvarın 6-dakı seçimlərə gələn şəxslər fevralın 4-dəki kastinqlərə dəvət edilmir. Hər iki kastinqin cavabı isə fevral ayının 15-dək açıqlanacaq. Seçimlərdən keçən şəxslərlə əlaqə saxlanılacaq və onlar video çəkilişə dəvət olunacaq.

Kastinqin keçirilməsində məqsəd Eurovision Mahnı Müsabiqəsi 2012-nin tanıtım video-çarxları üçün simaların sadə vətəndaşlar arasından seçilməsi və bu müsabiqəsində hamının yaxından iştirakına imkan yaradılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə