İtaliyanın Eurovision təmsilçisi fevralda bəlli olacaq

İtaliyanın Eurovision təmsilçisi fevralda bəlli olacaq
İtalyanın \"Eurovision- 2012\" mahnı müsabiqəsinin təmsilçisi ənənəvi olaraq ən populyar San-Remo musiqi şousunda müəyyənləşir. SİA-nın esctoday.com saytına istinadən verdiyi məlumata görə, keçən il San-Remonun qalibi olan və İtaliyanı Eurovision Mahnı Müsabiqəsində təmsil edən Rafael Gualazzi ikincilik qazanmışdı. Bu ilki San-Remo müsabiqəsi fevralın 14-18-də keçiriləcək. Festivalın aparıcısı Canni Morandi olacaq.

Qeyd edək ki, İtaliya birbaşa Eurovision Mahnı Müsabiqəsinin finalında çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə