Kipr təmsilçisinin \"Eurovision-2012\"də ifa edəcəyi mahnı bu gün məlum olacaq
"Eurovision – 2012" mahnı müsabiqəsində Kipr təmsilçisi tərəfindən ifa olunacaq mahnı bu gün bəlli olacaq. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Kiprin İctimai Yayım Kanalı CyBC 3 mahnıdan birini seçəcək.
"Eurovision -2012" mahnı müsabiqəsində bu ölkənin təmsilçisi olacaq İvi Adamou 3 mahnını təqdim edib. "Call the police", "La La Love" və "You dont Belong Here" adlanan çarxlardan biri milli final günü nümayiş olunacaq.
Yanvarın 25-də keçiriləcək final yarışmasındakı mahnı seçimində tamaşaçıların və münsiflərin rəyi də nəzərə alınacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB