“Eurovision-2012” mahnı müsabiqəsinin təşkilində iştirak edəcək könüllülərinin adları açıqlanıb
"İRƏLİ" İctimai Birliyi bu il Bakıda keçiriləcək "Eurovision-2012" mahnı yarışmasının təşkilində iştirak etmək üçün könüllülərin qəbulunu elan edib. Birlikdən SİA-ya verilən məlumata görə, təşkilatın rəsmi səhifəsində yerləşdirilən online anket vasitəsilə 1019 nəfər gəncin könüllülük üçün müraciəti qəbul olunub.
Qəbul olunan müraciət formalarına ilkin baxışdan sonra, müraciət edənlər 2-6 yanvar 2012-ci il tarixləri arasında "İRƏLİ" Gənclik Mərkəzində təşkil olunmuş könüllülər üçün müsahibə mərhələsinə çağırılıb. Müsahibə mərhələsində xarici dil bilikləri, ünsiyyət bacarığı, intellektual səviyyəsi, dünya görüşü və digər xüsusiyyətlərə görə fərqlənən 418 nəfər "Eurovision-2012" yarışmasının təşkilində könüllü olmaq şansını qazanıblar. Müəyyən edilən könüllülərin siyahısı www.ireli.az saytının elanlar bölməsində yerləşdirilib.
Qeyd edək ki, seçilmiş könüllülər Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunacaq xüsusi hazırlıq kurslarına qatılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB