Milli Seçimlərin 6-cı həftəsinin qalibi Adil Baxışlı olub- FOTO

Milli Seçimlərin 6-cı həftəsinin qalibi Adil Baxışlı olub- FOTO
Bu gün "Eurovision-2012"dəki təmsilçisinin seçilməsi üçün Milli Seçim turlarının 6-cı həftəsinin qalibi seçilib. SİA-nın məlumatına görə, Azərbaycanı 2012-ci ildə Eurovision Mahnı Müsabiqəsində təmsil etmək istəyən 8 nəfər 5 gün müddətində İctimai Teleradionun canlı efirində yarışıb.


İştirakçılar bu müddət ərzində öz perfomanslarını tamaşaçılar və münsiflər heyəti qarşısında nümayiş etdiriblər. Həm münsif heyətinin, həm də tamaşaçıların səsverməsi ilə Adil Baxışlı həftənin birincisi olub. 2-ci Bəxtiyar Qasımov, 3-cü Ramilə Muradova, 4-cü Habil Əhmədov, 5-ci Orxan Əfəndi, 6-cı Elgiz Məmmədov, 7-ci Cahangir Qasımzadə və 8–ci yerdə isə Vlada Axundova qərarlaşıb.

Qeyd edək ki, bu həftə yarımfinala vəsiqə qazanan Adil Baxışlı ötən ilki seçimlərdə də iştirak edib. Lakin o, növbəti mərhələyə keçə bilməmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə