"Eurovision 2012" mahnı müsabiqəsində Macarıstanın təmsilçisinin ifa edəcəyi mahnı üçün keçirilən seçimlərə 200-dən artıq mahnı təqdim olunub. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, ölkənin müsabiqə üzrə milli yayımçısı MTV telekanalı xəbər verir ki, hazırda münsiflər heyəti onların arasından 20 ən yaxşı mahnı seçir. Onlar əvvəl yarımfinalda, sonra isə final mərhələsində təmsilçi adı uğrunda mübarizə aparacaqlar.
Bildirilir ki, hər yarımfinalda 10 iştirakçı mübarizə aparacaq. Yarımfinalçıların siyahısı bu yaxınlarda bəlli olacaq.
Qeyd edək ki, keçən il Macarıstanı "Eurovision"da "What About My Dreams?\" mahnısı ilə Kati Wolf təmsil edib və 22-ci yer tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB