“Eurovision-2012”nin promo-video çarxlarının çəkilişləri üçün kastinqlər başlayıb- FOTOSESSİYA
Məlumat üçün bildirək ki, hazırda kastinqlər davam edir. Kastinqlər bu gün axşam saat 20.00-da yekunlaşacaq. Seçimlər "Eurovision-2012" işçi qrupunun rəhbərliyi altında baş tutur.
Azərbaycanda bu cür kütləvi seçim ilk dəfədir keçirilir. Məqsəd tanıtım video-çarxları üçün simaların sadə vətəndaşlar arasından seçilməsi və "Eurovision" Mahnı Müsabiqəsində hamının yaxından iştirakına imkan yaradılmasıdır.
Qeyd edək ki, ötən həftələrdə "Eurovision-2012" müsabiqəsinin işçi qrupu bu prosesinin həyata keçirilməsi ilə əlaqədar əhali arasında aşağıdakı məzmunda elan yayıb: "Azərbaycanı "Eurovision" Mahnı Müsabiqəsinin promo-video çarxlarında təmsil etmək istəyirsən?! Elə isə şəkil və özün haqda məlumatı bizə göndər! Yaş həddi yoxdur! Biz məhz səni axtarırıq! Bəli, bəli , SƏNİ!!!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB