Portuqaliyanın Eurovision mahnı müsabiqə üçün 404 mahnı qəbul edib

Portuqaliyanın Eurovision mahnı müsabiqə üçün 404 mahnı qəbul edib

404 mahnı arasından ən maraqlısı \"Eurovision 2012\"-də Portuqaliyanın təmsilçisi tərəfindən ifa olunacaq. SİA-nın escdaily.com-a istinadən verdiyi məlumata görə, Portuqaliyanın müsabiqə üzrə milli yayımçısı RTP 404 mahnı qəbul edib.

"Festival da Canção" adlı müsabiqənin qalibi ölkəni "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək. Mahnıların qəbulu RTP kanalı tərəfindən keçirilib və ötən şənbə günü sona çatıb. Bu yaxınlarda iştirakçılar peşəkar münsiflər heyəti qarşısında çıxış etməyə başlayacaqlar. Müsabiqədə iştirak etmək üçün öz mahnılarını göndərən məşhur sənətçilər növbəti mərhələyə birbaşa keçəcəklər.

"Festival da Canção" 2012-ci ilin martında keçiriləcək. Qalib isə Portuqaliyanı Bakıda keçiriləcək 57-ci "Eurovision" müsabiqəsində təmsil edəcək. RTP bu yaxınlarda bəzi iştirakçıların adlarını da açıqlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə