Bu ilin ən mühüm mədəniyyət hadisələri-İLİN YEKUNU

Bu ilin ən mühüm mədəniyyət hadisələri-İLİN YEKUNU

Bu il bir çox sahələrdə olduğu kimi mədəniyyət sahəsi də önəmli hadisələrlə yadda qaldı. SİA-nın məlumatına görə, bu il bir çox festivallar, tanınmış şəxsiyyətlərin yubileyləri, sərgilər və digər bu kimi önəmli tədbirlər həyata keçirildi. Bütün bunlarla yanaşı, bu il bir çox filmlərimiz tamaşaçılara təqdim olundu. Bu filmlərimizin əksəriyyəti isə beynəlxalq festivallarda uğurla təmsil olundu.

Bu ilin ən önəmli hadisəsi "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın birincilik qazanması idi. 4-cü dəfə iştirak etməyimizə baxmayaraq birinciliyə nail ola bildik. Təmsilçilərimiz Eldar və Nigar cütlüyü ölkəmizə qalibiyyət sevinci yaşadan "Running Scared" ifası ilə bütün dünyanın dillər əzbərinə çevrildi. Gələn isə Azərbaycan bu müsabiqəyə ev sahibliyi edəcək.

2011-ci il ərzində mədəniyyət sahəsində bir çox nailiyyətlər əldə olundu. Bu uğurlar sırasında Akademik Milli Dram Teatrının təmir olunması və digər teatrlarımızın təmirə verilməsi oldu. Bunu da prezidentin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirmək olar. Həmçinin 2011-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Rəşid Behbudov adına Mahnı Teatrı və Nizami adıına Kino mərkəzi məhz bu il üçün təmir edilib yenidən istifadəyə verildi. Bakının ev sahibliyi etdiyi beynəlxalq festivallarda xarici ölkələrin tanınmış mədəniyyət xadimləri və incəsənət ustaları Azərbaycanın mədəniyyətini yüksək səviyyədə inkişaf etdiyinin bir daha şahidi oldular. Bu ilin əhəmiyyət kəsb edən önəmli tədbirlərini sizin diqqətinizə çatdırırıq.

Bir çox beynəlxalq əhəmiyyətli tədbirlər- Muğam aləmi II Beynəlxalq muğam festivalı, Qara Qarayev adına IV Beynəlxalq Müasir musiqi festivalı hansı ki, festival çərçivəsində elmi konfrans, həmçinin dünyanın tanınmış musiqiçilərinin konsertləri təşkil olunub.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı da bu ilin önəmli tədbirlərindən biri olub. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan festivalda Azərbaycan ilə yanaşı, Rusiya, Böyük Britaniya, ABŞ, Avstriya, Koreya Respublikası, Macarıstan, Almaniya və digər ölkələrdən görkəmli ifaçılar, musiqi kollektivləri iştirak ediblər.

Bu il ərzində istər mədəniyyət və turizm nazirliyinin, istərsə də özəl prodakşnlarımızın dəstəyi ilə bir çox sənədli və bədii filmlərimiz ekranlaşdırılıb. Həmin filmlərdən bir çoxu isə beynəlxalq festivallarda təmsil olunub və müəyyən nominasiyalara layiq görülüb. Həmin filmlər sırasında "İlahi məxluq", Əlavə təsir", "Aktrisa", Rafiq Həşimovun Yarımçıq gündəlik, Maestro. Özüm və zaman haqqında sənədli filminin Tərsinə çevrilmiş dünya, "Mustafa Topçubaşov. Əsrin fonunda portret", "Futbolun 100 illiyinə həsr olunan "Top həm düşər, həm qalxar" filmlərin adlarını çəkmək kifayətdir. Uğurlarımız tək bununla bitmir. Belə ki, bu il prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən seriallarımıza 5 milyon manat vəsait ayrıldı. Və bununla da kino sahəsində yenidən canlanma baş verəcək.

Hətta Azərbaycanda Avropa kino festivalı-2011-in keçirilməsi xarici mütəxəsislərin yerli filmlərimizlə bağlı fikirlərini də formalaşdırdı. Filmlərimiz Altın Portağal festivalında da təmsil olundu. Türkiyənin Antalya şəhərində keçiriləcək beynəlxalq "Altın Portağal" kinofestivalında Azərbaycana xüsusi bölmə ayrılıb. bu ilki 48-ci Beynəlxalq Antalya "Altın Portağal" kinofestivalında retro filmlərinə yer verilib.

"Buta" filmi yenə də Azərbaycana qalibiyyət gətirdi. Bu da bu ilin kino sahəsində daha bir uğurumuzun bariz nümunəsi oldu. bu qalibiyyət Asiya-Sakit Okean Kino Akademiyası 2011-ci ilin mükafatlarının sahiblərinin adlarını açıqlayarkən məlum olub. "Buta" filmi Avstraliyada keçirilən festivalda "Ən yaxşı uşaq filmi" nominasiyasında qalib elan olunub. Mükafatı qəbul edərkən rejissor İlqar Nəcəf Akademiyanın üzvlərinə və filmin yaradılmasında ona kömək edənlərin hamısına təşəkkürünü bildirib.

Qeyd edək ki, "Buta" filmi bu il Türkiyə, Rusiya, Özbəkistan, Estoniyada keçirilən beynəlxalq kinofestivallarda da iştirak edib.

Bu il həmçinin təmirə dayandırılan Nizami Kino mərkəzinin açılışı da həyata keçdi. Bununla da çəkilən yeni filmlərimiz mərkəzdə tamaşaçıların ixtiyarına verildi. Kino mərkəzdə həmçinin 3D forçatında filmlərin nümayişi də həyata keçirilir. Kino mərkəzini istifadəyə verilməsi ilə kino ilinə yekun vuruldu.

SAHƏ filminin növbəti uğuru isə bu yaxınlarda oldu. Belə ki, Azərbaycanın "Nərimanfilm" kinostudiyasının istehsalı olan və ssenari müəllifi və rejissor İlqar Safat olan "Sahə" (The Precinct) bədii filmi- ABŞ-dakı "2011 California Film Awards"ın qızıl mükafat nominantları sırasına daxil olub. Məşhur yarışmada Azərbaycanla yanaşı, Fransa, Almaniya, Böyük Britaniya, Türkiyə, Rusiya, Argentina və digər dövlətlərin kinematoqrafiya işləri də iştirak edəcək.

"2011 California Film Awards"in təntənəli mükafatlandırma mərasimi 2012-ci ilin yanvarın 28-də Kaliforniyanın San-Dieqo şəhərində olacaq. Bu mərasim zamanı "2011 California Film Awards"in bütün qaliblərinin adları açıqlanacaq.

Bununla yanaşı, bir çox sənətkarlarımızın yubileyləri dövlət səviyyəsində qeyd olunub. Nəriman Həsənzadənin 80 illik, xalq artisti Baba Mahmudoğlunun 70 illik yubileyi, Şəmsi Bədəlbəylinin 100 illik yubileyi, Abdulla Şaiqin 130 illik yubileyi, Kinorejissor və aktyor Ceyhun Mirzəyevin 65 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. Ən önəmli olaarq isə Qaya qrupunun 50 illik yubileyinin qeyd edilməsini xüsusi vurğulamaq lazımdır

II bakı beynəlxalq kitab sərgi yarmarkasında kitab təqdimatları, tanınmış yazarlarla görüşlər, ədəbi-bədii gecələr, simpoziumlar və müzakirələr keçirilib. 25 ölkəni əhatə edən tədbirdə 121 Azərbaycan, 135 beynəlxalq nəşriyyatın kitabları təqdim olunub. Azərbaycan bir il ərzində 20 beynəlxalq kitab sərgi-yarmarkasında təmsil olunub.

Bu il ilk dəfə olaraq Bakıda Azərbaycan Dövlət Kukla teatrının 80 illiyinə həsr edilən I Beynəlxalq kukla teatrları festivalı keçirilib. Bakılıları həm balacalar, həm də böyüklər üçün nəzərdə tutulan maraqlı tamaşalar nümayiş etdirilib. Festivalda 20 ölkədən 25 kukla teatrı iştirak edib. Festival çərçivəsində Böyük Britaniya, Avstriya, İspaniya və Türkiyədən olan peşəkarlar master-klass keçiblər.

Bu kimi tədbirlərlə ili başa vursaqda gələn ildə də əhəmiyyət kəsb edən tədbirlər keçiriləcək. Gələn ildə Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının əsaslı şəkildə təmir olunması nəzərdə tutulur. Bununla yanaşı, xalça muzeyinin istifadəyə verilməsi də məhz gələn il üçün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə