“Eurovision-2012”Mahnı Müsabiqəsinin rəsmi milli saytı yaradılır

“Eurovision-2012”Mahnı Müsabiqəsinin rəsmi milli saytı yaradılır

"Eurovision-2012"Mahnı Müsabiqəsinin rəsmi milli saytı yaradılır.

Eurovision İşçi qrupunundan SİA-ya verilən məlumata görə, hazırda saytın dizaynı üzərində işlər gedir. www.eurovision.az saytında müsabiqəyə hazırlığa dair ən son məlumatlar, Milli seçim turlarına dair operativ xəbərlər, Eurovision Mahnı Müsabiqəsi haqqında reportajlar, foto və video materiallar təqdim olunacaq.

Eurovision Mahnı Müsabiqəsinin rəsmi milli saytında xəbərlərlə yanaşı, həmçinin Azərbaycan tarixi, mədəniyyəti, coğrafiyası və s. haqqında məlumatlar da yer alacaq. Həmçinin müsabiqənin keçiriləcəyi paytaxt Bakı barədə turistlər üçün maraqlı və faydalı informasiyalar yerləşdiriləcək.

Qeyd edək ki, Avropa Yayımları Birliyinin nümayəndələri ilə keçirilmiş son iclasda saytın hazırlıqları ilə bağlı müzakirələr olub.

Sayt tezliklə təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə