\"Əfsanələr paytaxtı\"- ŞABRAN- FOTOSESSİYA

\"Əfsanələr paytaxtı\"- ŞABRAN- FOTOSESSİYA

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayevin rəhbərliyi ilə 20 KİV nümayəndəsi Şabran rayonunda infoturda olub. SİA-nın məlumatına görə, birgünlük səfərin məqsədi nazirliyin təsdiq etdiyi "2010-2014–cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə ölkənin şəhər və rayonlarından daxil olmuş təkliflərlə, mədəniyyət infrastrukturunun mövcud vəziyyəti və digər amillərlə yaxından tanışlıq və müşahidələrin mətbuatda işıqlandırılması təşkil edib.

Şabran şəhər İcra Hakimiyyətinin başçısı Novruz Novruzov çıxışında bildirib ki, Azərbaycanda mədəniyyət müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, onların fəaliyyətlərinin əhəmiyyətli dərəcədə yeniləşdirilməsi və canlandırılması, milli mədəniyyətimizin inkişafı və təbliği istiqamətində mühüm addımlar atılır.

İcra başçısı şəhərdə aparılan abadlıq işləri barədə də jurnalistlərə ətraflı məlumat verərək bildirib ki, turizmin inkişaf etdirilməsi üçün bir neçə layihələr hazırlanıb və gələcəkdə bu layihələrin həyata keçerilməsi üçün lazımi bütün tədbirlər görüləcək.

KİV nümayəndələri gün ərzində Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnəklərin işi, "Çıraqqala" Tarix və Memarlıq Qoruğu, mədəniyyət sarayında xalq tətbiqi sənət ustalarının əsərləri, "Xınayaxdı", "Çıraqqala" xalq kollektivlərinin ifaları, tarix-diyarşünaslıq muzeyi, "Pirəbədil" xalçatoxuyan M.M.C.-nin kollektivi, Uşaq Yaradıcılıq Mərkəzi, Tarix Mədəniyyət Qoruğu ilə yaxından tanış olublar.

Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva bildirib ki, "Əfsanələr paytaxtı" Şabrandan sonra növbəti infotur "Folklor paytaxtı" Lənkərana təşkil ediləcək. Bundan əvvəl isə infotur "Sənətkarlıq paytaxtı" İsmayıllı rayonuna olub.


Bütün xəbərlər Facebook səhifəmizdə