Nazirlik tərəfindən bir neçə mehmanxana və istirahət mərkəzinə baxış keçirilib

Nazirlik tərəfindən bir neçə mehmanxana və istirahət mərkəzinə baxış keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin ekspert qrupu bir ısra mehmanxanalara (istirahət mərkəzlərinə) baxış keçirib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.


Məlumata görə, əsas məqsəd Abşeron rayonunda fəaliyyət göstərən "Neapol" və Sumqayıt şəhərində fəaliyyət göstərən "Aylı Gecə" mehmanxanalarını, Quba rayonunda fəaliyyət göstərən "Aynur" və "Cənnət Bağı", Xaçmaz rayonunda fəaliyyət göstərən "Ober-lux" və "Palma" istirahət mərkəzlərini müvafiq təsnifatdan keçirmək və ulduz kateqoriyası vermək olub.


Qeyd edək ki, mehmanxana və istirahət mərkəzlərinə baxış Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilən "Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası"na əsasən həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə