“Valentino” modalar evi virtual 3D muzeyi yaradıb

“Valentino” modalar evi virtual 3D muzeyi yaradıb
İtalyanın "Valentino" moda evinin artıq virtual 3D muzeyi var. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, muzeyi modelyer Valentino Qaravani Cankarlo Canetti ilə birgə yaradıb.


Nyu-York Müasir İncəsənət Muzeyində virtual muzeyin təqdimatı olub. Bu modelyerlər tərəfindən yaradılan ilk 3D muzeydir. Virtual sərgi kompüterlərdə pulsuz proqram kimi nümayiş olunur. 300-dən çox modelin iştirakı ilə hazırlanan virtual sərgini real həyatda təşkil etmək üçün 930 kv.m-dən çox sahə lazım olardı.


İstifadəçilər kursor və ya naviqasiya menyusu vasitəsilə müzeyin bütün zallarına daxil ola bilərlər. Hər hansı bir paltarın üzərinə düyməni basaraq onun yaranma tarixini, reklam kompaniyaları və başqa arxiv materiallarını görmək olar. Proqramda həmçinin Valentinonun master-klassları və kolleksiya nümayişləri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə