“Bakirənin xoşbəxtliyi və ya görünməyən tərəf”

“Bakirənin xoşbəxtliyi və ya görünməyən tərəf”

Dekabrın 15 –də Kinematoqrafçılar İttifaqında "Bakirənin xoşbəxtliyi və ya görünməyən tərəf" adlı sənədli filmin premyerası keçiriləcək. Bunu SİA-ya açıqlamasında filmin rejissoru və operatoru İmaməddin Həsənov bildirib.

Onun sözlərinə görə filmin baş qəhrəmanı rolunda Rəsmiyyə Məmmədova çəkilib. Filmin səs operatoru Ələkbər Əliyevdir. Montaj isə Hüseyn Rəhimov və İmaməddin Həsənova məxsusdur.

Qeyd edək ki, film saat 18:00-da "Free Art"-ın təqdimatında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə