İtaliya “Eurovision-2012” yarışmasında iştirakını rəsmən təsdiqləyib

İtaliya “Eurovision-2012” yarışmasında iştirakını rəsmən təsdiqləyib

Gələn il Azərbaycanda keçiriləcək "Eurovision- 2012" mahnı müsabiqəsində iştirak edəcək bir ölkə də rəsmi şəkildə bunu təsdiqləyib. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, həmin ölkə İtaliyadır.

Adıçəkilən ölkə hələ ki, yarışmaya hansı iştirakçını göndərəcəyini müəyyən etməyib. Bu barədə İtaliyanın "Eurovision" yayımçısı olan RAİ telekanalı açıqlama yayıb. Xəbərdə bildirilir ki, İtaliyanın "Eurovision-2012" təmsilçisinin də "Sanremo Festivalı"ndan seçiləcəyi gözlənilir.

Qeyd edək ki, keçən il bu ölkənin müsabiqədəki təmsilçisi Rafael Gualazzi də "Sanremo Festivalı"ndan seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə