Çingiz Abdullayevin kitabının təqdimatı keçirildi

Çingiz Abdullayevin kitabının təqdimatı keçirildi

"Zaman" nəşriyyatı ilə böyük bir müqavilə bağlanılıb. Biz istəyirik ki, mənim kitablarımı Azərbaycan dilinə tərcümə edib, Azərbaycan oxucularına təqdim edək. Mən sevinirəm ki, mənim vətənimdə kitablarım Azərbaycan dilində çap olunacaq. SİA-nın xəbərinə görə, bunu bugün jurnalistlərə açıqlmasında yazıçı Çingiz Abdullayev bildirib: "Mən bəzi məktublar almışam amma çox keyfiyyətsiz tərcümələr var. Bunun hamısı pirat kitablardır. Çünki hansı kitabı buraxırlar o komputerlə tərcümə edilir. Mən tam əminliklə deyə bilərəm ki, bu tərcüməçilər çox professional tərcüməçilərdir. Ona görə burda artıq səhvin olmasından belə söhbət gedə bilməz" - deyə Çingiz Abdullayev bildirib.

"Əli və Nino" kitab şəbəkəsinin direktoru Nigar Köçərli isə belə bir aksiyanın təşkilində əsas məqsədin kitaba diqqəti cəlb edərək, kitabın satışlarını və tirajını artırmaq olduğunu bildirdi: " İlk dəfə olaraq Çingiz Abdullayevin kitabları rəsmi olaraq Azərbaycan dilinə tərcümə olunub. İndiyənə kimi onun bütün kitabları pirat yolla çap olunaraq qeyri-qanuni satışa çıxarılmışdı. "Əli və Nino" nəşriyyatı \"Qanun\" nəşriyyatı ilə bərabər artıq 5 kitab buraxıb. Bundan sonrada bu davam etdirilərək ay ərzində 2 kitab çap olunacaq. Biz buna dəstək verməliyik. Əks halda kitab bazarında heç bir dəyişiklik olmayacaq".

Çingiz Abdullayevin kitablarının qiymətinə gəlincə Nigar Köçərli bildirdi ki, bu 3-4 manat arasında dəyişir: "Bu çox romal qiymətdir. Bu aksiyalar bizdə davamlı olaraq həyata keçirilir".



Bütün xəbərlər Facebook səhifəmizdə