Rusiyada yaşayan azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov 2012-ci il üçün nəzərdə tutulan dünya turnesinə dekabrın 22-də Heydər Əliyev Sarayında verəcəyi konserti ilə start verəcək. SİA-nın müğənninin rəsmi saytına istinadən verdiyi məlumata görə, Emin Ağalarov hazırda məşhur prodüserlərdən hesab olunan Piter Berdlə çalışır.
Prodüser bildirib ki, bu konsert Yeni İl ərəfəsində ən möhtəşəm şou-proqramlardan biri olacaq.
Çıxış zamanı müasir işıq və texniki avadanlıqların, yüksək səviyyəli dekorasiyaların quraşdırılması nəzərdə tutulub: "Bu, Yeni İlin ən möhtəşəm bayram şousu olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB