Firəngiz Əlizadə Parisdə konsert proqramı ilə çıxış edib- FOTO

Firəngiz Əlizadə Parisdə konsert proqramı ilə çıxış edib- FOTO

Fransada fəaliyyət göstərən "Dmitri Şostakoviç" Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə "Azərbaycana səyahət" devizi altında Parisin məşhur "Adyar" Konsert Salonunda "Dmitri Şostakoviç, Qara Qarayev və Firəngiz Əlizadə" adlı konsert proqramı təşkil edilib.

SİA-nın məlumatına görə, konsertdə Şostokoviç, Qara Qarayev və Firəngiz Əlizadənin yaradıcılığının vəhdəti qurulub.

Fransız musiqisevərlərin böyük diqqət və marağına səbəb olan konsertin birinci hissəsində azərbaycanlı skripkaçı Cavad Tağızadə və finlandiyalı pianoçu Eva Martila Qara Qarayevin piano və skripka üçün sonata və "Tsarskoye selo heykəli" əsərlərini ifa ediblər.

Konsertin ikinci hissəsində Firəngiz Əlizadə əvvəlcə royalda "Music for Piano" solo-əsəri, sonra isə tanınmış violonçelist İvan Monigetti ilə birlikdə "Habilsayağı" əsərini fransız musiqisevərlərə təqdim ediblər. İ.Monigettini royalda müşayiət edən F.Əlizadə musiqisevərlərə Azərbaycan musiqisinin ecazkarlığını nümayiş etdirib.

F.Əlizadənin dirijor Aleksandre Qrandenin idarəsilə Frasanın məşhur "İnteqral" kamera-orkestrinin ifa etdiyi "Krossinq II" əsəri də tamaşaçılarda ən xoş təəssürat yaratmışdır. Azərbaycanlı bəstəkarın hər çıxışı iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Görüşdə almaniyalı kinematoqrafların Firəngiz Əlizadə haqqında çəkdikləri 55 dəqiqəlik "Azərbaycanlı maestro" sənədli film nümayiş etdirilib.

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə