Keiko Matsui sevərnlərinə möhtəşəm anlar yaşadıb

Keiko Matsui sevərnlərinə möhtəşəm anlar yaşadıb
Bu gün Heydər Əliyev adına Sarayda müasir cazın ən populyar ifaçılarından biri -Keiko Matsuinin möhtəşəm konsert keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq səhnəyə çıxan ifaçı ən məşhur bəstələrindən biri olan \"whisper from the mirror\"u ifa edərək izləyicilərin alqışlarını qazanıb.


İlk çıxışının ardınca isə K. Matsui Azərbaycan dilində qonaqları salamlayaraq bildirib ki, Bakıya yenidən gəlməsi çox sevindirici haldır: \"Növbəti dəfə burada konsert vermək çox sevindiricidir. İlk gəlişimdən bu yana şəhəriniz çox inkişaf edib. Yeni- yeni binalar ucaldılıb. Azərbaycan günü-gündən daha da inkişaf edir. İnanıram ki, bugünkü ifam hamınızın ürəyincə olacaq\".


İfaçı hər ifasından sonra izləyicilərə \"çox sağ olun\" deməsi gecəyə daha da rəng qatıb.


Tokiolu caz ifaçısı bir- birinin ardınca \"Forever, forever\", \"Deep blue\" və digər məşhur bəstələri ilə konserti yadda qalan edib.


Qeyd edək ki, dünya şöhrətli pianoçu nəinki müasir caz musiqisi ifa edir, həm də özü bəstələyir və hər il yeni albom çıxarır. Onun hər konserti təsirli şoudur.

Bütün xəbərlər Facebook səhifəmizdə