Bu gün görkəmli bəstəkarımız Üzeyir Hacıbəyovun vəfatından 63 il ötür. SİA-nın məlumatına görə, bəstəkar, musiqişünas, publisist, ictimail xadim, 1885- ci il 18 sentyabrda Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəylilərin ailəsində anadan olub. 1897 ci ildə Şuşada Ə. Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə M. Füzulinin \"Leyli və Məcnun\" poeması əsasında göstərilən \"Məcnun Leylinin məzarı üstundə\" adlı musiqili səhnəcikdə xor dəstəsində iştirak edib.
Hacıbəylinin \"Arşın Mal Alan\" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və bir çox dillərə tərcümə edilib. 1914 cü ilin 4 yanvarında Hacıbəyli Peterburq konservatoriyasına qəbul olunub. Lakin iyunda təhsilini yarımçıq qoyub, Bakıya qayıtmalı olub, bu dövrdə bəstəkar \"Harun və Leyla\" operası üzərində işləyir.
YUNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Hacıbəylinin yubileyi beynəlxalq miqyasda da qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB