Könül Xasıyeva və “Xalq Ulduzu” Ülvini nə birləşdirir?- FOTOSESSİYA
Məşhur sənətkar Könül Xasıyevaya həsr olunan kitabın təqdimatı keçirilib. SİA-nın məlumatına görə, \"Sənə olan məhəbbətim" adlı kitabda sənətkara həsr olunan şeirlər yer alıb. Kitabın müəllifi Gülnarə Əhmədova, baş redaktoru isə Məleykə Göyçəlidir.
Təqdimat mərasimində bir sıra tanınmış simalar iştirak edib. Baba Vəziroğlu, Şeyx Əbdül, Ağa Cəbrayıl, Könül Kərimova, Cabbar Musayev, Zakir Əliyev, Teyyub Aslanov, Aşıq Aidə Gülzar, Zakir Əliyev Könül Xasıyevanın sevincinə şərik olublar.
Aparıcısı İlkin Həsəni olan tədbirdə yaddaqalan məqamlardan biri də "Xalq Ulduzu 5" yarışmasının qalibi Ülvi Xəlilovun albomunun da qonaqlara təqdim olunması olub. "İlk mahnılarım" adlı albomda 12 xalq və bəstəkar mahnıları yer alıb. Gənc ifaçı Ülvi bildirib ki, albomda ifa etdiyi mahnılarda onu Ağa Cəbrayılın ansamblı müşayiət edib.
Onu da qeyd edək ki, Ülvi Xəlilov yaradcılıcığında yeniliklər etmək fikrindədir. Bunun üçün bir çox bəstəkarlarla iş birliyinə start verib. Bundan əlavə isə yaxın zamanlarda Ülvinin yeni klipi də tamaşaçılara təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB