"Atəşgah" Sığorta Qrupu Azərbaycanın unikal mədəni- tarixi abidəsini sığortalayıb. SİA-nın məlumatına görə, bununla bağlı bu gün mətbuat konfransı keçirilib.
İlk olaraq çıxış edən şirkətin idarə heyətinin sədri Əkbər Mədətli bildirib ki, Azərbaycanın ən iri sığortaçılarından biri olan "Atəşgah" Sığorta Qrupu yenilikçi ənənəsinə sadiq qalaraq ölkə tarixində ilk dəfə olaraq mədəni tarixi abidəni sığortalayıb: \"Bu "Atəşgah" od məbədidir. Köhnə Suraxanı ərazisində yerləşən abidə "Atəşgah" Sığorta Qrupunun şəxsi vəsaiti hesabına 3 milyon dollar məbləğində sığortalanıb. Sığorta müqaviləsinə əsasən burada faydalanan tərəf- Mədəniyyət və Turizm Nazirliyidir\".
Qrup rəsmisi onu da bildirib ki, mövcud müqavilə üzrə risklər "Atəşgah" Sığorta Şirkətinin obliqator təkrarsığorta proqramı çərçivəsində əsas təkrarsığortaçısı Almaniyanın ən iri təkrarsığortaçılarından olan Hannover Re başda olmaqla Avropanın təkrarsığorta bazarında sığortalanıb.
Daha sonra çıxış edən mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev vurğulayıb ki, ölkə tarixində ilk dəfə olaraq mədəni tarixi abidənin sığortalanması müsbət göstəricidir: \"İnanıram ki, bu kimi layihələr davamlı şəkildə həyata keçiriləcək\".
Tədbirdə Mədəniyyət və turizm Nazirliyinin və "Atəşgah" Sığorta Qrupunun rəhbər şəxsləri iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB